İtalyan Rövnəq Abdullayevdən görüş istədi – Sizə sözüm var…

15 Noyabr 2021 13:00 Milli komanda 1 187
İtalyan Rövnəq Abdullayevdən görüş istədi – Sizə sözüm var…

Millinin baş məşqçisi Canni De Byazi AFFA prezidenti Rövnəq Abdullayevlə görüş istəyib.

İlyarımdır ölkəmizdə çalışan italiyalı mütəxəssis bununla bağlı xahişini federasiya mənsublarına edib.

Onun məqsədi komandanın öncə UEFA Millətlər Liqasında, ardınca DÇ-2022-nin seçmə mərhələsində uğursuz nəticələr qazanmasının səbəbləri barədə hesabat vermək, eləcə də, üzləşdiyi bəzi problemlərdən danışmaqdır.

65 yaşlı sükançı hələ də ümid edir ki, Azərbaycanda qalacaq. Müqaviləsi bu ayın sonu başa çatacaq De Byazi istənilə halda AFFA ilə danışıqlara getməyə hazırdır.

Burada olduğu müddətdə gəlirini 900 min avro artıran apenninli indi maliyyə şərtlərində də güzəştə getməyə razıdır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti