Millinin baş məşqçisi postuna namizəd AFFA ilə razılaşdı?

15 Noyabr 2021 13:20 Milli komanda 1 531
Millinin baş məşqçisi postuna namizəd AFFA ilə razılaşdı?

Azərbaycan millisinin baş məşqçisi postuna əsas namizəd sayılan Samet Aybaba AFFA-nın təklifini təsdiqləyib.

Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatına təcrübəli mütəxəssis özü məlumat verib.

Star.com.tr saytının yaydığı xəbərdə Aybaba danışıqların davam etdiyini və son qərarın verilməsinə çox az vaxt qaldığını vurğulayıb. Həmkarlarımız isə 66 yaşlı mütəxəssisin təklifi qəbul etdiyini yazıb.

Məlumatda ilk olaraq Okan Burukla danışıq aparıldığı, lakin onun “yox” cavabı verdiyi vurğulanıb.

Buruk gələn ilin yayına qədər çalışmaq istəmədiyini söyləyib. Aybabanın isə tezliklə rəsmi müqaviləyə qol çəkəcəyi iddia olunub.

Azərbaycan millisinin hazırkı baş məşqçisi Canni de Byazinin AFFA ilə müqavilə müddəti noyabrın sonuna qədərdir.

"Star" qəzeti də 66 yaşlı mütəxəssisin AFFA-nın təklifini qəbul etdiyini yazıb. Bildirilib ki, milli assosiasiyanın Aybabanı bu posta gətirməklə bağlı qərarı qəti olsa, onunla müqavilə imzalanacaq.

Türkiyəli mütəxəssis sonuncu dəfə "Adana Demirspor"a rəhbərlik edib. O, üç aya yaxındır işsizdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti