"De Byazinin yığmada qalıb-qalmaması mənim işim deyil"

15 Noyabr 2021 11:00 Milli komanda 791
"De Byazinin yığmada qalıb-qalmaması mənim işim deyil"

"Mən De Byaziyə təşəkkür edirəm, çünki mənə oynamaq şansı verdi, çox güvəndi.

Halbuki əvvəllər belə bir imkan yaradılmırdı".

Sportinfo.az xəbər verir ki, bu sözlər Azərbaycan yığmasının yarımmüdafiəçisi Emin Mahmudova məxsusdur.

Millidə 8 qolla üçüncü məhsuldar futbolçu ünvanına yiyələnən "Neftçi"nin kapitanı ona şans verdiyi üçün Canni De Byaziyə minnətdarlığını bildirib:

Mahmudov yığma karyerasında ilkə imza atıb. Qətərlə Bakı Olimpiya Stadionunda keçirilən görüşdə (2:2) iki qola imza atan yarımmüdafiəçi milli forması ilə ilk dəfə dubl edib.

Bununla da, 2021-ci ildə vurduğu qolların sayını 7-yə çatdırıb. O, özünün bu matçadək də sahibi olduğu rekordu yeniləyib. Mahmudova qədər heç bir oyunçumuz bir ildə 4-dən artıq qol vurmamışdı.

Emin bununla da yığma karyerasındakı ümumi qol sayını 8-ə çatdırıb. Millinin “8 nömrə”si bu göstəricidə 3-cü yerə şərik çıxıb.

Mahmudov Dmitri Nazarovla eyni sayda qol vurub. Emin yalnız Qurban Qurbanovla (14) Vaqif Cavadovdan (9) geri qalır.

O, italiyalı mütəxəssisin ölkəmizdəki perspektivi haqda bunları söyləyib: "De Byazinin yığmada qalıb-qalmaması mənim işim deyil, buna AFFA qərar verəcək.

Amma qalsa, sevinərəm. Qalmasa, hər zaman onu yaxşı baş məşqçi kimi xatırlayacam".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti