Azərbaycan millisinin futbolçusu Emin Mahmudov yığma karyerasında ilkə imza atıb.
Sportinfo.az xəbər verir ki, Qətərlə Bakı Olimpiya Stadionunda keçirilən görüşdə (2:2) iki qola imza atan yarımmüdafiəçi milli forması ilə ilk dəfə dubl edib.
Bununla da Emin 2021-ci ildə vurduğu qolların sayını 7-yə çatdırıb. O, özünün bu matçadək də sahibi olduğu rekordu yeniləyib.
Mahmudova qədər heç bir oyunçumuz bir ildə 4-dən artıq qol vurmamışdı.
Emin bununla da yığma karyerasındakı ümumi qol sayını 8-ə çatdırıb. Millinin “8 nömrə”si bu göstəricidə 3-cü yerə şərik çıxıb.
Mahmudov Dmitri Nazarovla eyni sayda qol vurub. Emin yalnız Qurban Qurbanovla (14) Vaqif Cavadovdan (9) geri qalır.

