Azərbaycanlı futbolçuların SON QAZANC GECƏSİ – Məbləği də bilindi

14 Noyabr 2021 20:00 Milli komanda 1 661
Azərbaycanlı futbolçuların SON QAZANC GECƏSİ – Məbləği də bilindi

Bu gün Azərbaycan millisi növbəti oyununu keçirəcək.

Yığmamız Qətərlə yoldaşlıq oyununda qüvvəsini sınayacaq.

Bu, komandamızın 2021-ci ildə son sınağı olacaq. Bakı Olimpiya Stadionundakı matç baş məşqçi Canni de Byazi üçün də sonuncu ola bilər.

Müqaviləsi başa çatan italiyalının taleyinə özü üçün yubiley – 20-ci sınağından sonra aydınlıq gələcək.

Son 4 oyununda üç qol buraxaraq uduzan milli uğursuz seriyaya yoldaşlıq görüşündə son qoymağa çalışacaq.

Debretsendə keçirilən səfər görüşündə Qətərə 1:2 hesabı ilə uduzan yığma məğlubiyyətin revanşını almaq üçün meydana çıxacaq.

Bakı Olimpiya Stadionundakı oyun saat 21:00-da başlayacaq. AFFA heç bir əhəmiyyəti və çəkisi olmayan oyunu boş keçirmək istəməyib.

Bu münasibətlə mükafat təyin edib. Qələbə yığmanın üzvlərinə 20 min manat qazandıracaq. Heç-heçəyə görə alacaqlarıı məbləğ isə 10000 manat təşkil edəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti