Okan Buruk AFFA-nın təklifindən niyə imtina etdi? – ŞOK MƏQAMLAR!

14 Noyabr 2021 15:00 Milli komanda 55 132
Okan Buruk AFFA-nın təklifindən niyə imtina etdi? – ŞOK MƏQAMLAR!

Türkiyəli baş məşqçi Okan Burukun Azərbaycan millisinin sükanı arxasına keçidi baş tutmayıb.

Bu haqda "Star" qəzeti yeni xəbər yayıb. Yerli həmkarlarımızın bildirdiyinə görə, 48 yaşlı mütəxəssis AFFA-nın təklifini qəbul etməyib.

Onun hazırda ölkə xaricində işləmək istəmədiyi üçün bu addımı atdığı qeyd olunub.

İddiaya görə, Anadolu klublarından da təklif alan Burukun əsas hədəfi İstanbul təmsilçilərindən birinə rəhbərlik etməkdir.

"Star"ın yaydığı xəbər hardasa doğrudur, amma reallığı tam əks etdirmir. Belə ki, "Başakşehir"in sabiq çalışdırıcısı ilə AFFA rəhbərliyi arasında İstanbulda keçirilən görüşdən sonra müəyyən fikir ayrılıqları üzə çıxıb.

Düzdür, tərəflər müqavilənin 2+2 illik imzalanmasına razılaşıblar, amma federasiyanın irəli sürdüyü şərtlərdən biri Burukun qətiyyən xoşna gəlməyib.

Belə ki, AFFA mənsubları yığmamızı çalışdıracağı müddətdə 5-6 futbolçunu daim komandaya çağırmalı olduğu haqda ona xəbərdarlıq ediblər.

Həmin oyunçulardan 3-nın adı bizə bəllidir. Bunlar «Tondela»nın hücumçusu Renat Dadaşrv, «Etnikos»un yarımmüdafiəçisi Araz Abdullayev və «Visla»nın müdafiəçisi Anton Krivotsyukdur.

Burukun diqqətinə çatdırılıb ki, həmin futbolçular legioner həyatı yaşadığından, yığmanın «onurğa sütunu"nu təşkil etməlidir.

«Qalatasaray»ın əfsanəvi ismi, təbii ki, bu şərti qəbul etməyi özünə yaraşdırmayıb. O, AFFA mənsublarına «işlədiyim müddətdə kimsə işimə qarışarsa, elə həmin dəqiqə istefa verib gedəcəm» söyləyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti