Azərbaycan millisində baş məşqçi postu ona tapşırılacaq? - "Milliyet"dən iddia

13 Noyabr 2021 23:00 Milli komanda 1 893
Azərbaycan millisində baş məşqçi postu ona tapşırılacaq? - "Milliyet"dən iddia

Azərbaycan millisində baş məşqçi postu Samet Aybabaya tapşırılacaq.

Sportinfo.az xəbər verir ki, belə bir iddia ilə Türkiyənin "Milliyet" qəzeti çıxış edib.

Nəşr 66 yaşlı mütəxəssislə danışıqlar aparıldığını və böyük ölçüdə razılığın əldə olunduğunu yazıb.

AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla isə məlumatın həqiqəti əks etdirmədiyini söyləyib.

O, "Report"a açıqlamasında milli assosiasiyanın Aybaba ilə nəinki anlaşdığını, heç onunla danışıq belə aparmadığını vurğulayıb.

Samet Aybaba sonuncu dəfə "Adana Demirspor"un baş məşqçisi olub. O, üç aya yaxındır işsizdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti