"Azərbaycanla oyunda yaxşı nəticə qazanmaq istəyirik"

13 Noyabr 2021 17:50 Milli komanda 653
"Azərbaycanla oyunda yaxşı nəticə qazanmaq istəyirik"

"Bizim üçün Avropa zonasının seçmə mərhələsində oynamaq əla təcrübədir.

Top-komandalarla qarşılaşdıq. Oyunlarımız asan olmadı.

Əsas məqsəd mundiala yaxşı vəziyyətdə getməkdir. Sabahkı matçdan da yararlanmaq istəyirik".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Qətər yığmasının baş məşqçisi Feliks Sançes Azərbaycan millisinə qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

Mütəxəssis hər oyuna rəsmi qarşılaşma kimi baxdıqlarını söyləyib:

"Azərbaycana qarşı yaxşı oyun göstərmək və bu matçda nəticə qazanmaq istəyirik. Martda Macarıstandakı qarşılaşmaya da qələbə üçün çıxmışdıq, sabah da fərqli olmayacaq".

Sançes heyətdə bəzi dəyişikliklər edəcəyini söyləyib: "Bu gün son məşqimizə çıxacağıq. Hazırlıq prosesindən sonra heyəti quracağıq".

Noyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Qətər matçı saat 21:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti