İstəmirəm kiçik zaman kəsiyində geniş çıxış yollarından danışam.
Onsuz da zaman-zaman bu məsələlərə köklü sürətdə müraciət edirik.
Diqqətsiz qalan uşaq futbolundan tutmuş,meydançaların bərbad vəziyyətinə, əvəzedici komandaların I Diviziona birləşməsindən, Premyer Liqada iştirakçı sayının azlığından və bunun fəsadları kimi, bir çox gənc, perspektivli oyunçunun özlərinə klub tapa bilməmələri üzündən sahələrini dəyişmək məcburiyyətində qalmalarından, qohumbazlıqdan, yerlibazlıqdan, funksionerlərin monopoliyalarından, məşqçilərin tanışlıqla təyin edilmələrindən və bu kimi bir çox inkişafa mane olan amillərdən bəhs edəm.
Hətta onu da məsləhət görəm ki, uğursuz nəticədən sonra məşqçilər humanist addım ataraq əşyalarını yığdıqları kimi, kaş bir dəfə də bu məsuliyyəti AFFA rəhbərliyi öz üzərinə götürsün.
Bunları deməklə, əslıində, bildirmək istəyirəm ki, konkret oyunun təhlili ikinci dərəcəli hesab edilir.
Yəni, kiminsə oyunun əvvəlində qol vuraraq, sona kimi müdafiə olunmaq guya uğurmu sayılacaqdı?
(ardı var)
KAMIL

