Millimizin Norveçlə oyununda söz sahibi - Yunanlar

13 Noyabr 2021 14:20 Milli komanda 560
Millimizin Norveçlə oyununda söz sahibi - Yunanlar

U-21 millimizin Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Norveçlə oyunu üçün hakim təyinatları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, matçı Yunanıstandan Vasilis Fotias idarə edəcək.

Ona Xrisula Kurobiliya və Andreas Mentanas köməklik göstərəcək. Dördüncü funksiyasını isə Agelos Evangeru yerinə yetirəcək.

noyabrın 16-da "Bakcell Arena"da keçiriləcək görüş saat 20:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti