Nə etdilər ki, biz onlar üçün “asan hulqum”a çevrildik?

13 Noyabr 2021 11:20 Milli komanda 630
Nə etdilər ki, biz onlar üçün “asan hulqum”a çevrildik?

Konfrans Liqasının qrup mərhələsində “Qarabağ“ın Azərbaycan futbolu adına uğurlu çıxışı və ilk dəfə qrup mərhələsindən pley-offa keçməsi azarkeşlərimizi sevindirməklə bərabər, nəhayət ki, millimizin də qələbə qazanmasına inam yaratmışdı.

Hər nə qədər olmasa da, elə yığmamızda də əsas fiqurlar, demək olar ki, “Qarabağ”lılardır.

Çox təəssüf ki, arzumuz arzu olaraq qaldı, həyata keçmədi, komanda biabırçı nəticə ilə turnirə qələbəsiz vida etdi. Odur ki, təhlillərimizi aparmaqla, uğursuzluğun səbəblərini axtaraq.

Ondan başlayaq ki, biz Lüksemburq ilə oyundan nə gözləyirdik?

Hər hansı təsadüfü qələbəmi, yaxud millimizin oyununda inkişaf strategiyası planında müsbət istiqamətdə baş verən dəyişikliklərimi görmək?

Bunlar bir-birindən fərqli və çox önəmli amillərdir. Bizim futbol rəhbərlərimiz ancaq nəticəni düşündükləri üçün uzunmüddətli perspektiv vəd edən layihələr onların beyninə girmir.

Yəni, ölkəmizdə çıxış edən 2-3 futbolçunu milliləşdirməklə, hansısa xarici ölkədə Azərbaycanmənşəli soyada rast gələn kimi arxasınca qaçaraq, uğur qazanmaq hədəflərinə çatacaqlarını düşünürlər.

Yox, qardaşım!

Hətta düşündüyünüz kimi, cüzi hiss ediləcək qədər uğur da olsa, bu nəticənin sabit olması mümkün deyil.

Mümkün olmayan bir şeylə bu qədər futbolsevəri aldatmaq “mənəm-mənəm” deyən heç bir şəxsə başucalığı gətirməz.

Bunun geci-tezi var. Sabitlik üçün mütləq surətdə düzgün strategiya seçmək lazımdır. Bir neçə müqayisəyə müraciət edək.

Yaxın keçmışə qədər Lüksemburq bizim üçün “asan hulqum” idi. Həm orada, həm də burada onlar üzərində rahat qələbə qazana bilirdik. İndi fərqımızə baxın.

Baxın görün, onlar neylədilər ki, indi biz onlar üçün “asan hulqum”a çevrilmişik? Nəinki onlar, digər futbol aləmində “cırtdan” sayılan ölkələr də bizləri üstələyiblər.

(ardı var)
KAMIL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti