Millimizin daha bir BİABIRÇI GECƏSİ - FOTOREPORTAJ

13 Noyabr 2021 09:00 Milli komanda 827
Millimizin daha bir BİABIRÇI GECƏSİ - FOTOREPORTAJ

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Milan Obradoviçin baş məşqçi olduğu komanda Avstriyanı qəbul edib.

“Bakcell Arena”dakı qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 42-ci dəqiqədə Emanuel Aivu hesabı açıb. 72-ci dəqiqədə Romano Şmid penaltini dəqiq yerinə yetirib. Şmid 3 dəqiqə sonra fərqi daha da artırıb.

Hazırda Azərbaycan yığması 6 komandalı A qrupunda 5 oyundan 1 xalla 5-ci pillədə qərarlaşıb. Avstriya isə 6 görüşdən 12 xalla 3-cüdür.

Qrupun digər matçında Norveç Finlandiyanı qəbul edir. Qarşılaşmada hələlik hesab açılmayıb.

Azərbaycan U-21 – Avstriya U-21 0:3
Qollar: Emanuel Aivu, 42. Romano Şmid, 72-pen; 75.
Baş hakim: Miloş Milanoviç (Serbiya)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti