“Bizim üçün çətin oyun oldu”.
Sportinfo.az xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilə qarşılaşan Avstriyanın baş məşqçisi Verner Qreqorits deyib.
Təcrübəli mütəxəssis AVRO-2023-ün seçmə mərhələsinin “Bakcell Arena”da keçirilən görüşündəki matç barədə fikirlərini açıqlayıb:
“Rəqib oyunda çox yaxşı müdafiə olunurdu. İkinci hissədə oyuna diqtə edən tərəf biz olduq və nəticədə inamlı qələbə qazandıq”.
Avstriya millisi Bakıdakı oyunda 3:0 hesablı qələbə qazanıb.

