"Məni məyus edən bəzi məqamlar var, amma bu barədə danışmaq istəmirəm"

12 Noyabr 2021 23:40 Milli komanda 781
"Məni məyus edən bəzi məqamlar var, amma bu barədə danışmaq istəmirəm"

"Rəqib bizdən üstün olduğu üçün qələbə qazandı.

Nə vaxt rəqibimizdən üstün oynasaq, qalib gələcəyik. Futbolçular bu gün meydanda hər şeyi verdi.

Məni məyus edən bəzi məqamlar var. Amma bu barədə danışmaq istəmirəm. Artıq Norveçlə növbəti oyunu fikirləşməliyik".

Sportinfo.az xəbər verir ki, bu fikirləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç Bakıda Avstriyaya 0:3 hesabı ilə uduzduqları Avropa çempionatının seçmə oyunu barədə danışarkən deyib.

44 yaşlı mütəxəssisin sözlərinə görə, komanda ilk yarıda daha yaxşı oyun sərgiləyib: "Futbolçular meydanda əllərindən gələni etdilər, mən də onlara təşəkkürümü bildirdim.

Qol epizodlarımız var idi. Sadəcə, konsentrasiya çatışmazlığı oldu. Son paslarda diqqətli olmalıyıq. İkinci hissədə əvəzetmələrlə nələrisə düzəltmək istədik, amma alınmadı".

Serbiyalı baş məşqçi birinci qoladək bərabər səviyyəli mübarizə izlədiklərini sözlərinə əlavə edib: "Əlimizə düşən şanslardan yararlanmalı idik. Rəqib ikinci yarıda öz keyfiyyətini göstərdi".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti