"Evdə oynamağamız qalib gəlmək şanslarımzı artırır".
Bunu Sportinfo.az-a açıqlamasında bu gün AÇ-2023-ün seçmə mərhələsi çərçivəsində Avstriya ilə qarşılaşacaq U-21 yığmamızın üzvü Ədilxan Qarəhmədov deyib.
Yarımmüdafiəçi zədə səbəbindən axşamkı matçı buraxmaq məcburiyyətində qalıb.
Amma o, meydanda mübarizə aparacaq komanda yoldaşlarına güvəndiyini sözlərinə əlavə edib:
"Komanda yoldaşlarıma güvənirəm. Yaxşı nəticə qazanacaqlarına inanıram. İnşallah, qrupdakı ilk qələbəmizi bu gün qazanarıq".
"Baksel Arena"da baş tutacaq qarşılaşmanın start fiti 21:00-da veriləcək.

