Azərbaycan millisi seçmə mərhələni məğlubiyyətlə başa vurdu - Yenilənib

11 Noyabr 2021 22:55 Milli komanda 1 585
Azərbaycan millisi seçmə mərhələni məğlubiyyətlə başa vurdu - Yenilənib

Azərbaycan millisi bu gün 2022-ci dünya çempionatının seçmə mərhələsində son oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 8-ci sınağında Lüksemburqu qəbul edəcək.

Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq. Görüşün baş hakimi avstriyalı Manuel Şüttenqruber olacaq.

Qrupdakı son oyun öncəsi Azərbaycan millisi 1 xalla sonuncu, Lüksemburq isə 6 xalla 3-cüdür. Hər iki yığma pley-off şanslarını itirdiyindən, görüş formal xarakter daşıyır. Matç yalnız xal ehtiyatını artırmaq baxımından önəmli ola bilər.

İndiyədək Azərbaycan və Lüksemburq yığmaları 6 dəfə üz-üzə gəlib.

Yoldaşlıq görüşündə 2:1 hesabı ilə qalib gələn Azərbaycan millisi rəsmi matçların heç birindən qələbə ilə ayrıla bilməyib. Həmin qarşılaşmalardan 2-də Lüksemburq üstün olub, 3-ü isə heç-heçə ilə yekunlaşıb.

21:00. Azərbaycan – Lüksemburq 1-3

Qollar: Azər Salahlı, 81 - Gerson Rodriges, 66, 90+1, Olivye Till, 77
Baş hakim: Manuel Şuttenqruber (Avstriya)
Bakı Olimpiya Stadionu

Azərbaycan: 12. Şahrudin Məhəmmədliyev, 2. Qara Qarayev, 3. Azər Salahlı, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev (k), 8. Emin Mahmudov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 17. Tellur Mütəllimov, 18. Anton Krivotsyuk, 19. Filip Ozobiç
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev, 7. Namik Ələskərov, 9. Renat Dadaşov, 13. Amin Seydiyev, 14. Bəxtiyar Həsənalızadə, 15. Cəlal Hüseynov, 16. Coşqun Diniyev, 20. Mert Çelik, 21. Araz Abdullayev, 22. Rüstəm Əhmədzadə
Baş məşqçi: Canni de Byazi

Lüksemburq: 1. Ralf Şon, 2. Maksim Şanot, 8. Kristofer Martins, 9. Danel Sinani, 10. Gerson Rodriges, 11. Yvandro Borqes, 13. Dirk Karlson, 15. Olivye Till, 16. Leandro Barreyro, 17. Mika Pinto, 18. Loren Yans (k)
Ehtiyat oyunçular: 12. Tim Kips, 23. Timoti Martin, 3. Florian Bonert, 4. Kevin Malqet, 5. Vahid Selimoviç, 6. Dioqo Pimentel, 7. Erik Veyqa, 14. Mauritse Davill, 19. Aldin Skenderoviç, 20. Matias Olesen, 21. Sebastyan Till, 22. Maykl Omosanya
Baş məşqçi: Lük Holts

1

Serbiya

7

5

2

0

16-8

17

2

Portuqaliya

6

5

1

0

16-4

16

3

Lüksemburq

6

2

0

4

5-14

6

4

İrlandiya

6

1

2

3

8-8

5

5

Azərbaycan

7

0

1

6

4-15

1

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti