Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi AFFA-nın ona əvəzləyici axtarmasına münasibət bildirib.
İlyarımdan artıqdır ölkəmizdə çalışan italiyalının müqaviləsi bu ilin sonunda başa çatacaq.
65 yaşlı mütəxəssis federasiyanın türkiyəli baş məşqçilərlə danışıq aparması ilə bağlı mətbuatda yayılan xəbərlərdən məlumatsız olduğunu iddia edib:
“O baxımdan bəxtim gətirib ki, dili yaxşı bilmirəm. Saytları, qəzetləri oxumuram. Açığı, heç maraqlanmıram da. Mən öz işimə köklənmişəm.
Seçmə mərhələdən əvvəl heç kim bizim qrupu ilk 2 sırada tamamlayacağımızı gözləmirdi. İlluziyalarla yaşamamalıyıq. Bizə vaxt lazımdır. Nəyisə 1 gündə dəyişmək olmaz”.
De Byazi bunun öz işinə və futbolçularla münasibətinə nə dərəcədə təsir etdiyinə aydınlıq gətirib:
“öz işimi maksimum dərəcədə yerinə yetirməyə çalışıram. Heç kim bizim qrupda 1-ci, 2-ci və 3-cü yeri tutacağımızı gözləmirdi. Cavan oyunçulara səbir və inkişaf üçün vaxt lazımdır”.

