Bu gün Azərbaycan millisi növbəti oyununu keçirəcək.
Sportinfo.az xəbər verir ki, yığmamız DÇ-2022-nin seçmə mərhələsində son sınağına çıxacaq.
A qrupunda yer alan Canni de Byazinin komandası IX turun ilk günündə Lüksemburqla qarşılaşacaq.
Görüş Bakı Olimpiya Stadionunda baş tutacaq.
Bu matç milli üçün formal xarakter daşıyır. Komandamızın A qrupunda sonuncu yeri tutacağı rəsmiləşib.
Bu səbəbdən futbolçuların son məşqdə əhval-ruhiyyəsinin heç də yaxşı olmadığı diqqət çəkib.

