AFFA-nın De Byazi ilə bağlı yeni planı məlum oldu - BU GECƏ...

11 Noyabr 2021 19:40 Milli komanda 2 117
AFFA-nın De Byazi ilə bağlı yeni planı məlum oldu - BU GECƏ...

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin ölkəmizdə yaşadığı uğursuzluqdan sonra AFFA-nın onunla yolları ayıracağı uzun müddətdir müzakirə edilir.

Hətta son günlər onu kimin əvəzləyəcəyi ilə bağlı müxtəlif versiyalar da gündəmə gətirilib.

Amma AFFA-dakı etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, federasiya hələ də italiyalı mütəxəssislə bağlı yekun qərarını verməyib.

Qərar bu gecə Lüksemburqla keçiriləcək DÇ-2022-nin seçmə mərhələ oyunundan sonra veriləcək.

Əgər yığmamız bu gün Bakıda baş tutacaq qarşılaşmada qələbə qazana bilsə, böyük ehtimalla, De Byazi ilə yollar davam edəcək.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
9 Oktyabr 16:10 Çək və bizə göndər!