"Futbolçularımız sözü bir yerə qoyaraq, axşamkı oyundan qələbə ilə ayrılacaq"

11 Noyabr 2021 17:20 Milli komanda 815
"Futbolçularımız sözü bir yerə qoyaraq, axşamkı oyundan qələbə ilə ayrılacaq"

Bu gün Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Lüksemburqu qəbul edəcək.

Yığmamızın sabiq üzvü, hazırda “Neftçi”nin U-19 komandasının baş məşqçisi olan Rəşad Abdullayev görüşlə bağlı gözləntilərini Sportinfo.az-la bölüşüb:

"Seçmə mərhələdə son rəsmi oyunumuza çıxacağıq. Evdəki son matçımızı yaxşı nəticə ilə başa vurmağa çalışmaq lazımdır.

Doğma divarlar arasında millimiz hər zaman yaxşı çıxış edir. Düzdür, Lüksemburq əvvəlki komanda deyil.

Biz oynadığımız dönəmlə müqayisədə çox dəyişiblər. Oyunçuları yaxşı çempionatlarda oynayırlar.

İnanıram ki, futbolçularımız sözü bir yerə qoyaraq, axşamkı oyundan qələbə ilə ayrılacaqlar".

Millimizin çalışdırıcısı Canni De Byazinin istefaya göndəriləcəyi gözlənilir. Görəsən, Abdullayev italiyan mütəxəssisin əsas millidəki işini necə qiymətləndirir?

Veteran yarımmüdafiəçi bu barədə danışmağı doğru hesab etmədiyini bildirib:

"Bizim hər birimizə milli komandanın uğurları önəmlidir. Açığı, baş məşqçi haqqında çox danışmaq istəmirəm. De Byazinin işinə federasiya qiymət verəcək".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti