19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.
Sportinfo.az xəbər verir ki, yunları Lüksemburqda keçirilən 8-ci qrupun ilk oyununda yığmamız Belçika ilə görüşüb.
Elxan Abdullayevin yetirmələri oyuna yaxşı başlayaraq 27-ci dəqiqədə hesabı açıb. Lakin Mahmud Ağayevin qolu ilə önə keçən millimizin sensasiyaya gücü yetməyib.
Bu qoldan sonra yığma üzvlərinin sevinci çox sürməyib. Belçika millisinin sabiq ulduz futbolçusu Uesli Sonkun baş məşqçisi olduğu “qırmızı iblislər” buraxılan qoldan 10 dəqiqə keçməmiş iki qola sevinib.
İki dəqiqəyə vurulan bu toplarla belçikalılar oyunda dönüş yaradıblar. Fasilədən sonra daha üç top buraxan millimiz avtoqola da üzülüb. Bununla da yığmamız seçmə mərhələyə böyükhesablı məğlubiyyətlə başlayıb – 1:5.
AVRO-2022-nin seçmə mərhələsi
10 noyabr
Azərbaycan – Belçika – 1:5
Qollar: Mahmud Ağayev, 27// Yohan Sent-Kir Bakayoko, 35, Tuur Rommens, 36, Mario Stroeykens, 70, Luka Oyen, 73, Süleyman Damadayev, 85 (avtoqol))
Uilts. Terrain Poetz stadionu

