Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində bu gün Lüksemburqu qəbul edəcək.
Yığmamızın sabiq yarımmüdafiəçisi Elvin Məmmədov qarşılaşma ilə bağlı fikirlərini Sportinfo.az-la bölüşüb:
"İnanıram ki, milli komandamız evdə qələbə qazanacaq. Niyə də qazanmasın? Düzdür, bizim üçün uyğun rəqibdir. Amma asan uda biləcəyimiz rəqib yoxdur. Seçmə mərhələdə sonuncu oyunumuzdur. İlk qələbəmizi qazana bilərik. Buna inamım var".
Hazırda "Sumqayıt"ın şərəfini qoruyan təcrübəli futbolçu istefası geniş müzakirə olunan baş məşqçi Canni De Byazin yığmamızdakı fəaliyyəti və gələcək taleyi ilə bağlı nəsə danışmaq istəmədiyini deyib:
"Baş məşqçi haqqında nəsə demək istəmirəm. Hər məşqçi uğur qazanmaq istəyir. İnşallah, əsas millimiz qələbə qazansın. Baş məşqçinin qalıb-qalmaması mənə aid məsələ deyil".

