“Bütün xalqımızı Zəfər Günü münasibətilə təbrik edirəm".
Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli deyib.
24 yaşlı hücumçu DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqla sabah Bakı Olimpiya Stadionunda keçiriləcək son oyun öncəsi mətbuat konfransına qatılıb.
O, məqsədlərinin doğma arenada qələbə qazanmaq olduğunu bildirib:
“Yığmada qol vura bilməməyim məni narahat edir. Amma oyunlar belə gətirir. İnanın ki, hamıdan çox özüm özümdən qol gözləyirəm və ümid edirəm ki, sabah bu tilsimi qıracağam".

