"Azərbaycan millisi ilə indikini müqayisə etmək istəməzdim"

10 Noyabr 2021 17:30 Milli komanda 1 603
"Azərbaycan millisi ilə indikini müqayisə etmək istəməzdim"

“Millətlər Liqasında qarşılaşdığımız Azərbaycan millisi ilə indikini müqayisə etmək istəməzdim".

Sportinfo.az xəbər verir ki, bunu Lüksemburq yığmasının kapitanı Loran Yans DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla keçiriləcək oyun öncəsi mətbuat konfransında deyib.

29 yaşlı oyunçu sabah Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşma ilə bağlı düşüncələrini bölüşüb:

“Lüksemburqda biz daha yaxşı çıxış etmişdik. İkinci hissədə bərabər səviyyədə görüş getdi. Sabah rəqib öz meydanında çıxış etsə də, meydana qələbə üçün çıxacağıq".

Azərbaycan – Lüksemburq qarşılaşması saat 21:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
9 Oktyabr 16:10 Çək və bizə göndər!