"Azərbaycanla oyuna qədər ehtiyatı əldən vermək olmaz"

10 Noyabr 2021 11:20 Milli komanda 777
"Azərbaycanla oyuna qədər ehtiyatı əldən vermək olmaz"

“Azərbaycanla oyuna qədər ehtiyatı əldən vermək olmaz”.

Sportinfo.az xəbər verir ki, bunu Lüksemburq yığmasının baş məşqçisi Lük Holts deyib.

52 yaşlı mütəxəssis DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan və İrlandiya ilə keçiriləcək son oyunlar öncəsi koronavirusa yoluxmadan qorxur.

O, futbolçularına bununla bağlı xəbərdarlıq etdiyini söyləyib: “Heyətimizdə bir neçə itki var. Bəziləri zədə, bəziləri şəxsi səbəbdən dəvət olunmayıb.

Koronavirus riskini də unutmaq olmaz. Azərbaycana getdikdən sonra orada da test verəcəyik. Başqa itki ilə üzləşməmək üçün ehtiyatlı olmalıyıq”.

Noyabrın 11-də Bakı Olimpiya Stadionunda millimizin qonağı olacaq Lüksemburq yığması üç gün sonra İrlandiyanı qəbul edəcək. Lük Holts koronavirusa yoluxma riskini nəzərə alaraq, 4 nəfərlik ehtiyat qüvvə də açıqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
9 Oktyabr 16:10 Çək və bizə göndər!