Azərbaycanla oyuna 27 futbolçu çağırdı - Ərəblər

7 Noyabr 2021 02:20 Milli komanda 672
Azərbaycanla oyuna 27 futbolçu çağırdı - Ərəblər

Qətər yığması Serbiya və Azərbaycana qarşı keçiriləcək yoldaşlıq görüşlərinin heyətini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Feliks Sançes qarşıdakı matçlara 27 futbolçu çağırıb.

Ərəblər noyabrın 11-də Belqradda Serbiyanın, üç gün sonra isə Bakıda Azərbaycan millisinin qonağı olacaq.

Qapıçılar: Saad əl-Şib, Meşaal Barşam (hər ikisi “Əl-Sədd”), Mahmud Abunada (“Əl-Arabi”), Salah Zakaria (“Əl-Duhail”);

Müdafiəçilər: Pedro Migel, Abdelkarim Hassan, Tarek Salman, Ahmed Suhail, Musab Xeder, Salem əl-Hacri (hamısı “Əl-Sədd”), Bassam əl-Ravi (“Əl-Duhail”), Tamim əl-Muhaza, Homam Ahmed (hər ikisi “Əl-Qarafa”);

Yarımmüdafiəçilər: Bualem Xuxi, Məhəmməd Vaad, Tarek Salman (hamısı “Əl-Sədd”), Assim Madibo, Karim Budiaf, İsmayıl Məhəmməd, Abdulla Əl Ahrak (hamısı “Əl-Duhail”), Ahmed Fathi (“Piramidz”, Misir), Abdulaziz Hatem (“Əl-Rayyan”), Xalid Munir (“Əl-Bakra”);

Hücumçular: Əkrəm Afif, Hassan əl-Haydos (“Əl-Sədd”), Məhəmməd Muntari, Almoez Əli (hər ikisi “Əl-Duhail”).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti