Lüksemburq millisi DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan və İrlandiya ilə keçiriləcək oyunların heyətini açıqlayıb.
Sportinfo.az xəbər verir ki, Noyabrın 11-də Bakı Olimpiya Stadionunda Azərbaycanın qonağı olacaq Lüksemburq bundan 3 gün sonra İrlandiyanı qəbul edəcək.
baş məşqçi Lük Holts qarşıdakı matçlarda xidmətindən yararlanacağı oyunçuları müəyyənləşdirib. O, 3 qapıçı, 9 müdafiəçi, 7 yarımmüdafiəçi və 4 hücumçuya dəvət göndərib.
Qapıçılar: Tim Kips, Timoti Martin, Antoni Moris
Müdafiəçilər: Leandro Barreyro, Florian Bonert, Kristofer Martins, Matias Olesen, Dioqo Pimentel, Danel Sinani, Aldin Skenderoviç, Olivye Till, Sebastyan Till
Yarımmüdafiəçilər: Dirk Karlson, Maksim Şanot, Loren Yans, Kevin Malqet, Mika Pinto, Vahid Selimoviç, Erik Veyqa
Hücumçular: Yvandro Borqes, Mauritse Davill, Maykl Omosanya, Gerson Rodriges.

