“Azərbaycanın bəzi futbolçuları İtaliyanın iddialı olmayan klublarında çıxış edə bilər”

6 Noyabr 2021 00:56 Milli komanda 1 527
“Azərbaycanın bəzi futbolçuları İtaliyanın iddialı olmayan klublarında çıxış edə bilər”

"Oyun çətin keçəcək. Çünki rəqibin heyətində yaxşı keyfiyyətə malik futbolçular var".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda Lüksemburqa qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunu barədə "corrieredellosport.it" saytına açıqlamasında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, rəqib futbolçuların əksəriyyəti ölkə xaricində çıxış edir:

"12 ildir birlikdə işləyirlər. Bizdən bir az öndədirlər. Azərbaycan millisindən kimlər İtaliyada oynaya bilər?

Düşünürəm ki, bəzi futbolçular "Venetsiya" və "Spetsiya" kimi yüksək yerlər uğrunda mübarizə aparmayan komandalarda çıxış edə bilərlər".

Noyabrın 11-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Lüksemburq qarşılaşması saat 21:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti