Azərbaycan millisini çalışdırmaq üçün iki təklifi geri çevirdi

5 Noyabr 2021 13:00 Milli komanda 2 193
Azərbaycan millisini çalışdırmaq üçün iki təklifi geri çevirdi

Azərbaycan yığmasının baş məşqçi postuna ən real namizəd olan Okan Buruk 2 yeni təklif alıb.

Ona Super Liqada çıxış edən klublardan dəvət gəlib.

Türkiyəli mütəxəssis bu barədə AFFA mənsublarını məlumatlandırıb.

«Qalatasaray»ın əfsanəsi bildirib ki, ölkəsində işləmək perspektivi yaransa da, o, fəaliyyətini Azərbaycanda davam etdirmək fikrindədir və bu üzdən Super Liqadan gələn çağırışları geri çevirib.

«Başakşehir»in sabiq baş məşqçisi yaxın günlərdə Bakıya gələcək. AFFA rəhbərliyinə yaxın mənbədən redaksiyamıza daxil olan informasiyaya görə, türkiyəli mütəxəssisin ölkəmizə səfərinin məqsədi yığmamızın qarşıdakı oyunları ilə bağlıdır.

DÇ-2022-nin seçmə mərhələsini başa vurmaq üzrə olan Azərbaycan millisi Lüksemburqla noyabrın 11-də, Qətərlə isə noyabrın 14-də qarşılaşacaq.

Buruk komandamızın sükanı arxasına keçməyə ən real namizəddir. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov günlər öncə onunla bir araya gəlib.

Görüş İstanbul şəhərində baş tutub. İlk dəfə Sportinfo.az-ın yaydığı bu məlumat yerli mətbuatda da ciddi rezonans doğurub.

Saytımız AFFA rəhbərliyi ilə Buruk arasında gedən danışıqlarla bağlı araşdırmalarını davam etdirməkdədir. Bir sıra yeni informasiyalar da artıq əlimizə çatıb və qarşıdakı saatlarda onları oxucularımızla bölüşdürəcəyik.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti