Azərbaycan yığmasının yeni baş məşqçisi… Bakıya gəlir

4 Noyabr 2021 10:40 Milli komanda 3 602
Azərbaycan yığmasının yeni baş məşqçisi… Bakıya gəlir

«Başakşehir»in sabiq baş məşqçisi Okan Buruk yaxın günlərdə Bakıya gələcək.

Bu barədə Sportinfo.az AFFA rəhbərliyinə yaxın mənbədən məlumat əldə edib.

Redaksiyamıza daxil olan informasiyaya görə, türkiyəli mütəxəssisin ölkəmizə səfərinin məqsədi yığmamızın qarşıdakı oyunları ilə bağlıdır.

DÇ-2022-nin seçmə mərhələsini başa vurmaq üzrə olan Azərbaycan millisi Lüksemburqla noyabrın 11-də, Qətərlə isə noyabrın 14-də qarşılaşacaq.

Buruk komandamızın sükanı arxasına keçməyə ən real namizəddir. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov günlər öncə onunla bir araya gəlib.

Görüş İstanbul şəhərində baş tutub. İlk dəfə Sportinfo.az-ın yaydığı bu məlumat yerli mətbuatda da ciddi rezonans doğurub.

Saytımız AFFA rəhbərliyi ilə Buruk arasında gedən danışıqlarla bağlı araşdırmalarını davam etdirməkdədir.

Bir sıra yeni informasiyalar da artıq əlimizə çatıb və qarşıdakı saatlarda onları oxucularımızla bölüşdürəcəyik.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti