"Qarabağ" Allahın köməyi ilə sabah da istədiyinə çatacaq"

3 Noyabr 2021 22:40 Milli komanda 889
"Qarabağ" Allahın köməyi ilə sabah da istədiyinə çatacaq"

"Qarabağ" sabah Konfrans Liqasının qrup mərhələsində növbəti matçını səfərdə "Kayrat"a qarşı keçirəcək.

Doğma meydanda çətinliklə qələbə (2-1) qazanan ağdamlıları qrup liderliyi yolunda növbəti qələbə hava-su kimi vacibdir.

Qazaxıstan təmsilçisi ilə əhəmiyyətli qarşlaşmadan öncə Azərbaycan millisinin məşqçisi Arif Əsədov komandamızın şanslarını Sportinfo.az-a dəyərləndirib: "Bugünkü reallığı nəzərə alsaq "Qarabağ" "Kayrat"dan 3 xal götürməyə qadirdi. Amma təmsilçimizi çətin oyun gözlədiyini düşünürəm.

"Kayrat" üçün də son şansdı. Doğma meydanda heç olmasa bu dəfə 3 xal götürməyə çalışacaqlar. "Qarabağ" da belə çətin stiuasiyalara hazrdı. Düşünürəm ki, Allahın köməyi ilə sabah da komanda istədiyinə çatacaq".

Əsədov "Neftçi" ilə matçda zədə alan Abdullah Zubirin sabah oynamamaq ehtimalını komandası üçün ciddi itki kimi qiymətləndirib: "Mətbuatdan zədəli futbolçularla bağlı oxuyuruq. Xüsusilə də Zubirin oynamamaq ehtimalı çətinlik yarada bilər".

Təcrübəli mütəxəssis ilk dəqiqələrin görüşün taleyinin həll olunmasında əhəmiyyətini xüsusi qeyd edib: "Ən əsası ilk dəqiqələrdə "Qarabağ" rəqibin təzyiqi ilə qarşılaşa bilər. Bu da komandamızın xeyrinə işləyə bilər. Bilirik ki, açıq futbol təklif edən komandalara qarşı "Qarabağ" üçün yaxşı şərait yaranır. Bir qədər ehtiyatlı oynayıb, əks-hücumlarda fərqlənməklə matçın müqəddəratın həll edə bilərik"

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti