Azərbaycan yığmasının baş məşqçisi İtaliyanın aşağı liqasında?

2 Noyabr 2021 22:20 Milli komanda 2 507
Azərbaycan yığmasının baş məşqçisi İtaliyanın aşağı liqasında?

Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi karyerasını İtalıyanın aşağı liqalarında davam etdirə bilər.

AFFA ilə bağladığı 1,5 illik müqavilə başa çatmaq üzrə olan mütəxəssis bugünlərdə yenidən bir sıra menecerlərlə təımasa keçib.

65 yaşlı çalışdırıcı özünə yaxın bildiyi agentlərdən ona B və C seriyalarında klub tapmalarını xahiş edib.

Halbuki italiyalı mütəxəssis buradakı fəaliyyətini sürdürməyi arzulayır və bununla bağlı niyyətini artıq AFFA rəhbərliyinin diqqətinə çatdırıb.

O, başladığı işin yarımçıq qalmasından narahatlığını ifadə edib və kontraktının uzadılması üçün hər cür güzəştə hazır olduğunu söyləyib. Bu, təbii ki, maliyyə şərtləri ilə əlaqədardır.

De Byazi 1,5 illik fəaliyyətinə görə 900 min avro qazanıb. Apenninlinin daha aşağı şərtlərlə yeni müqavilə bağlamağa hazır olması başqa bir real təklif almamasından irəli gəlir.

O, bugünlərdə Kosovo Futbol Federasiyasından mənfi cavab alıb. Avropa səhnəsinə yeni çıxan ölkənin komandasını ona etibar etməyiblər.

İtalyan narahatdır ki, Azərbaycandan getsə, yenə uzun müddət işsiz qalacaq. Axı bura gələnə kimi 3 il heç yerdə fəaliyyət göstərməmişdi.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti