AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun Türkiyəyə səfər etməsi barədə məlumat vermişdik.
Qeyd etmişdik ki, o, qonşu ölkədə yerli futbol funksionerləri ilə yanaşı, bir sıra məşqçilərlə görüşlər keçirib.
E.Məmmədovun niyyə aydındır – türkiyəli mütəxəssislərdən birini millimizin sükanı arxasıında görmək perspektivini aydınlaşdırmaq. Türkiyə Futbol Federasiyası onlardan bir neçəsinin namiəzdəliyini irəli sürüb.
Həmin siyahıda önə çıxan isimlərin kimliyi də artıq məlumdur. Onlardan biri Okan Buruk, digəri isə Ertuğrul Sağlamdır. Hər iki çalışdırıcı hazırda işizdir.
Buruk «Başakşehir»dən ayrıılandan, Sağlam sə «Samsunspor»dan gedəndən sonra özünə yeni komanda tapmayıb.
AFFA namizədlərlə bağlı mövqeyini gələn ay müəyyənləşdirəcək. Axı qarşıda yığmanın 2 oyunu var. Komandamız DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Lüksemburqla son matçına çıxmaqla bərabər,
Qətərlə yoldaşlıq görüşündə üz-üzə gələcək. Elə bu qarşılaşmalar Canni De Byazi ilə bağlı bütün suallara cavab verəcək.
Federasiya italiyalı baş məşqçinin ilyarımlıq müqaviləsini uzatmaq fikrindən uzaqdır, sözləşmənin qüvvədən düşməsinə isə cəmi 1 ay qalıb.
SPORTİNFO.AZ

