Millinin baş məşqçi postuna 2 yeni namizəd - TÜRKİYƏDƏN

30 Oktyabr 2021 20:40 Milli komanda 2 295
Millinin baş məşqçi postuna 2 yeni namizəd - TÜRKİYƏDƏN

AFFA rəhbərliyi 2 türkiyəli məşqçi ilə danışıqlar aparır.

Bu barədə federasiyaya yaxın mənbələrdən Sportinfo.az-a məlumat daxil olub.

Redaksiyamıza bildirilib ki, icraçı vitse-prezident Elxan Məmmədovun Türkiyəyə səfərinin əsas məqsədlərindən biri də budur.

O, qonşu ölkədə yerli federasiya mənsubları (TFF) ilə yanaşı, mütəxəssislərlə görüşüb, onların Azərbaycan yığmasını çalışdırmaq prespektivi ətrafında fikir mübadiləsi aparıb.

AFFA-da əsas söz sahibi olan E.Məmmədovun gələn ay Türkiyəyə bu fikirlə növbəti dəfə yollanması gözlənilir.

Daha dəqiq desək, DÇ-2022-nin seçmə mərhələsi başa çatandan sonar. Buradan anlaşılır ki, AFFA Cannı De Byazi ilə əməkdaşlığı uzatmaq niyyəti yoxdur.

Halbuki 2019-cu ilin ikinci yarısında Azərbaycan yığmasının sükanı arxasına keçən Canni De Byazinin yeni istəyi məlumdur. İtaliyalı çalışdırıcı buradakı fəaliyyətini davam etdirməyi arzulayır.

65 yaşlı mütəxəssis bununla bağlı niyyətini artıq FFA rəhbərliyinin diqqətinə çatdırıb.

O, başladığı işin yarımçıq qalmasından narahatlığını ifadə edib və kontraktının uzadılması üçün hər cür güzəştə hazır olduğunu söyləyib. Bu, təbii ki, maliyyə şərtləri ilə əlaqədardır.

De Byazi 1,5 illik fəaliyyətinə görə 900 min avro qazanıb. Apenninlinin daha aşağı şərtlərlə yeni müqavilə bağlamağa hazır olması başqa bir real təklif almamasından irəli gəlir.

O, bugünlərdə Kosovo Futbol Federasiyasından mənfi cavab alıb. Avropa səhnəsinə yeni çıxan ölkənin komandasını ona etibar etməyiblər.

İtalyan narahatdır ki, Azərbaycandan getsə, yenə uzun müddət işsiz qalacaq. Axı bura gələnə kimi 3 il heç yerdə fəaliyyət göstərməmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti