Emin Mahmudovun deməyə sözü var: "Etiraf edim ki…"

29 Oktyabr 2021 13:20 Milli komanda 1 265
Emin Mahmudovun deməyə sözü var: "Etiraf edim ki…"

"Qol zamanı zərbə endirməyə fürsət axtarırdım".

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin yarımmüdafiəçisi Emin Mahmudov dilə gətirib.

O, Dublində İrlandiya komandası ilə 1:1 hesablı heç-heçə etdikləri 2022-ci il dünya çempionatının seçmə oyununda uzaq məsafədən vurduğu baxımlı qolu xatırlayıb:

"İki dəfə cəhd etmək istədim, müdafiəçilər imkan vermədi. Növbəti cəhdimdə kiçik bir “dəhliz” açıldı və vurdum, qol oldu.

Amma etiraf edim ki, topu qəbul edərkən artıq zərbə vuracağımı beynimdə qətiləşdirmişdim.

Millidə qol vurmaq möhtəşəm hissdir. Çünki bütün ölkə səni izləyir, azarkeşlər qol, yaxşı nəticə gözləyirlər".

Digər Xəbərlər
Xəbər Lenti
9 Oktyabr 16:10 Çək və bizə göndər!