“Müqaviləm başa çatdı, yeniləmədilə və hər şey bu qədər sadədir”.
Sportinfo.az xəbər verir ki, bu sözlər yığmamızın sabiq baş məşqçisi Robert Prosineçkiyə məxsusdur.
Xorvatiyalı mütəxəssis “Sizin vaxtınızda Azərbaycan millisi 2018-ci il dünya çempionatının seçmə mərhələsində 10 xal toplamışdı. Bu, heç də pis göstərici deyildi. Elə isə niyə sizinlə müqavilə uzadılmadı” sualını bu cür cavablandırıb:
“Səhv etmirəmsə, məndən sonra yığmanın sükanı arxasına Qurban Qurbanov gətirildi. O, "Qarabağ"da kifayət qədər böyük uğurlar qazanıb.
Qurban Qurbanov yüksək səviyyəli mütəxəssisdir. Bunu "Qarabağ"dakı işi ilə sübut edib.
Amma məncə, bir mütəxəssisin eyni anda həm klubda, həm də yığmada işləməsi çox çətindir”.

