AFFA rəhbərliyi 21 yaşadək futbolçulardan ibarət yığmanın baş məşqçisi Milan Obradoviçi tənbeh edib.
Bu, AVRO-2023-ün seçmə mərhələsində qeydə alınan qeyri-kafi nəticələrlə əlaqədardır.
A qrupunda mübarizə aparan komandamız ilk 4 tur ərzində cəmi 1 xal toplayıb.
Gənclərimiz hər iki görüşdə Xorvatiyaya 0:2 və 1:5, Avstriyaya 0:7 hesabıyla uduzub. Finlandiya ilə qarşılaşma isə 1:1 bitib.
Uğursuz nəticələr AFFA rəsmilərini hərəkətə gətirib və onlar serbiyalı çalışdırıcıya xəbərdarlıq edib. Ondan işinə məsuliyyətlə yanaşması tələb olunub.
| 
			 1  | 
			
			 Xorvatiya  | 
			
			 4  | 
			
			 4  | 
			
			 0  | 
			
			 0  | 
			
			 12-3  | 
			
			 12  | 
		
| 
			 2  | 
			
			 Norveç  | 
			
			 4  | 
			
			 3  | 
			
			 0  | 
			
			 1  | 
			
			 13-4  | 
			
			 9  | 
		
| 
			 3  | 
			
			 Avstriya  | 
			
			 5  | 
			
			 3  | 
			
			 0  | 
			
			 2  | 
			
			 14-6  | 
			
			 9  | 
		
| 
			 4  | 
			
			 Finlandiya  | 
			
			 4  | 
			
			 2  | 
			
			 1  | 
			
			 1  | 
			
			 7-4  | 
			
			 7  | 
		
| 
			 5  | 
			
			 Azərbaycan  | 
			
			 4  | 
			
			 0  | 
			
			 1  | 
			
			 3  | 
			
			 2-14  | 
			
			 1  | 
		
| 
			 6  | 
			
			 Estoniya  | 
			
			 5  | 
			
			 0  | 
			
			 0  | 
			
			 5  | 
			
			 0-17  | 
			
			 0  | 
		
SPORTİNFO.AZ

                
                
                
                
                    