Rəşad Sadıqovdan AFFA-nın sevimli məşqçisinə SİLLƏ KİMİ CAVAB!

17 Oktyabr 2021 22:20 Milli komanda 2 315
Rəşad Sadıqovdan AFFA-nın sevimli məşqçisinə SİLLƏ KİMİ CAVAB!

“Obradoviçin bu fikri ilə qəti razı deyiləm.

Biz isə əksinə, təklif edirik ki, 21 yaşadak oyunçu limiti yığışdırılsın, amma komanda sayı artırılsın. Belə olan halda bütün gənclər oynayacaq”.

Sportinfo.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Gənc mütəxəssis U-21 yığmamızın baş məşqçisi Milan Obradoviçin “çempionat oyunlarında 21 yaşadək futbolçu limiti 1 yox, 2 olsun” təklifinə münasibət bildirib.

O, serbiyalı ilə razı olmadığını deyib: “Mən çempionatımızda 18 yaşımda debüt etmişəm. Çünki komanda sayı çox idi, regionlarda futbol var idi. Gənclərə də hamı şans verməyə çalışırdı.

Bu gün 8 komandalı çempionatda iştirakçıların hamısı avrokuboklara iddialıdırsa, rəhbərlik yalnız nəticə tələb edirsə, məşqçilər də gənclərə az şans verəcək. Obradoviç desəydi ki, komanda sayı artırılmalıdır, daha məntiqəuyğun olardı”.

39 yaşlı çalışdırıcı Obradoviçi “Zirə”nin üzvü Rauf Hüseynlinin fiziki hazırlığının aşağı səviyyədə olması ilə bağlı fikrinə də toxunub.

O, həmkarının düzgün danışmadığını söyləyib: “Artıq ikinci dəfədir açıqlamasında fiziki cəhətdən problemlə bağlı ifadə istifadə edir.

Xüsusən də, Rauf Hüseynlinin adını çəkmişdi. Bir məqama toxunum. Bəlkə də bu dəqiqə çempionatda fiziki cəhətdən ən hazırlıqlı futbolçu Raufdur.

Birinci təlim-məşq toplanışını “Qarabağ”la, ikinci hazırlıq dönəmini isə bizimlə keçib. Kimsə oynamırsa, yaxşı formada deyilsə, oyunu alınmırsa, bu, təkcə fiziki durumla bağlı deyil.

Bu problemlər artıq keçmişdə qaldı. Əvvəllər komandamız 60-70-ci dəqiqədən sonra qol buraxanda bunu həmişə fiziki durumla bağlayırdılar.

Rəqib geridə olanda böyük qüvvə ilə irəli atılmalı olur, daha məsuliyyətli və istəkli oynamağa başlayır. Texniki səhv ola bilər və ya komanda hesabda irəlidə olarkən son dəqiqələrdə psixoloji cəhətdən gərginləşə bilər.

Min cür səbəblər var. Hər şeyi fiziki durumla bağlamaq 10-15 il əvvəldə qaldı. Artıq müasir futboldur.

Raufun fiziki cəhətdən problemi olsaydı, Finlandiya ilə görüşün 86-cı dəqiqəsində qol vura bilməzdi. Hansısa oyunda performansından razı qalmayıbsa, bunu hər zaman fiziki durumla bağlamaq düz deyil”.

Digər Xəbərlər
Xəbər Lenti