Rövnəq Abdullayev millinin yeni baş məşqçisinin… O istəmir!

16 Oktyabr 2021 20:00 Milli komanda 1 724
Rövnəq Abdullayev millinin yeni baş məşqçisinin… O istəmir!

AFFA prezidenti Rövnəq Abdullayev millinin yeni baş məşqçisinin seçilməsi prosesində iştirak etməyəcək.

O, bu məsələdə federasiyanın rəhbərliyində yer alan digər şəxslərdən fərqli mövqe tutub.

Qurum başçısı Canni De Byazini əvəzləyəcək mütəxəssisin əcnəbi olmasına qarşıdır. O, yığmanın yerli çalışdırıcılardan birinə tapsırılmasına tərəfdardır.

Abdullayev ilk dəfə deyil ki, bu cür duruş sərgiləyir. AFFA prezidenti hələ ilyarım öncə De Byazinin də təyinatına qarşı çıxıb.

İcraiyyə Komitəsinin iclasında italyalı sükançının əleyhinə səs verib.

Başqa sözlə, Abdullayev qəbul edir ki, ölkə futbolunun hazırkı dönəmində millinin xarici məşqçiyə həvalə olunması səhv yanaşmadır. Sadəcə, o, İcraiyyə Komitəsində bu cür fikirləşən azsaylı şəxslərdən biridir və təkbaşına qərar vermir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"