Prosineçkinin millimizə qayıdışı yolunda ƏSAS PROBLEM – HƏKİM MƏSLƏHƏTİ

16 Oktyabr 2021 09:40 Milli komanda 1 005
Prosineçkinin millimizə qayıdışı yolunda ƏSAS PROBLEM – HƏKİM MƏSLƏHƏTİ

Canni De Byazi ilə müqavilənin müddətini uzatmamağı qərara alan AFFA rəhbərliyi Robert Prosineçkiyə vaxt verib.

2014-2017-ci illərdə də millimizi çalışdırmış baş məşqçi 1 ay ərzində seçimini elan etməlidir: bura qayıtmağa razıdır, ya yox.

Sonuncu dəfə ötən mövsüm Türkiyədə «Denizlispor»un sükanı arxasıında dayanmıış xorvatiyalı hazırda həkim nəzarəti altındadır. O, bir müddət əvvəl əməliyyat olunub və müalicəsini bu gün də davam etdirməkdədir.

Problem ötəri deyil və müraciət etdiyi tibbi personal ona daha bir müddət istirahət etməyi, stresdən uzaq daynmağı məsləhət görüb.

Müxtəlif xəstəliklərdən əziyyət çəkən balkanlı mütəxəssis həkimlərin icazəsi olmadan qərar vermək istəmir. Çünki ona hətta məşqçilik karyerasını başa vurmasını tövsiyə ediblər.

Prosineçki Azərbaycanda sevilməsindən xəbərdardır, üstəlik, AFFA-nın onun dönüşündə necə israrlı olmasını görür. Odur ki, Bakıdan gələn dəvətə də «yox» deyə bilmir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”