Mahir De Byazinin rəhbərliyi altında millidə oynamaq niyyətində deyil

15 Oktyabr 2021 11:00 Milli komanda 1 162
Mahir De Byazinin rəhbərliyi altında millidə oynamaq niyyətində deyil

«Legiya»nın hücumçusu Mahir Emreli DÇ-2022-nin seçmə mərhələsinin Lüksemburqla son tur matçını, həmçinin Qətərlə yoldaşlıq görüşünü buraxa bilər.

Bu, Polşada legioner həyatıı yaşayan forvardın öz istəyidir. Yəni, başqa bir problem yoxdur.

24 yaşlı futbolçunun belə fikrə düşməsinin səbəbkar isə Canni De Byazidir. O, baş məşqçinin İrlandiya ilə oyundan əvvəl mətbuat konfransında səsləndirdiyi fikirlərdən narazıdır.

Söhbət italiyalı mütəxəssisin "Mahir Emrelidən qol gözləyirəm, çünki mənim rəhbərliyim altında fərqlənə bilməyib" açıqlapmasından gedir.

Mahirə elə gəlib ki, De Byazi bu sözləri deməklə, onun millidə qəsdən zəif oynaması təsəvvürü yaratmaq istəyib.

Apenninli mütəxəssisin işlətdiyi fikirlərdən narazılığını həm İrlandiya ilə matçdan əvvəl, həm də sonra ifadə edən hücumçu psixoloji təzyiq altına düşdüyünü komanda yoldaşları ilə yanaşı, AFFA rəsmilərinin də diqqətinə çatdırıb.

Odur ki, yığmanıın gələn ay keçirəcəyi qarşılaşmalarda iştirak etmək niyyətində deyil.

Təbii ki, bu məsələdə son söz sahibi özü deyil. Hər şey yenə AFFA və baş məşqçinin çağırışından asılııdır. Amma belə deyək, indi De Byazinin də ondan ötrü «gözü atmr».

Mahir Azərbaycan millisinin Serbiyaya 1:3 hesabı ilə uduzduğu matçı tribunadan izləyib. Halbuki AFFA qarşılaşmadan saatlar öncə növbəti dəfə açıqlama yayaraq, onun son durumu ilə bağlı UEFA-nı məlumatlandırdığını bəyan etmişdi.

Bildirilmişdi ki, hücumçunun son 24 saat ərzində COVID-19 testlərinin fərqli nəticələri ilə bağlı Avropa futbol qurumuna bilgi verilib. Bu, o deməkdir ki, federasiya adıçəkilən forvardın Belqrada meydana çıxmasına cəhd göstərib.

Bəs niyə onun adı iştirak ərizəsinə daxil edilməyib? Səbəbkar UEFA-dır. Qurum risk ehtimalını əsas götürərək, Mahirin oktyabrın 12-də forma geyinməsinə icazə verməyib.

Digər tərəfdən, Canni De Byazi də sabiq "Qarabağ"lıya etimad göstərmək istəməyib.

Baş məşqçi DÇ-2022-nin seçmə mərhələsində qol hesabını aça bilməyən Emreliyə inamsıız yanaşma sərgiləyib, hətta matçdan 1 gün əvvəl keçirilən iclasda bunu ona irad olaraq xatırladıb.

İtalyan çalışdırıcı AFFA rəsmiləri ilə görüşündə də bu məqama diqqət çəkib, hücumçunun bütün fikrini "Legiya"ya yönəltdiyini, millidə isə özünü zədədən qoruyaraq oynadığını, ikili mübarizələrdən çəkindiyini, bir sözlə, istəyinin az olmasını iddia edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda