"Bu heyətdən azı 2-3 futbolçu əsas yığmada olacaq"

15 Oktyabr 2021 13:20 Milli komanda 913
"Bu heyətdən azı 2-3 futbolçu əsas yığmada olacaq"

"Heyətə ən yaxşılarını seçirəm".

Sportinfo.az xəbər verir ki, bu sözlər 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviçə məxsusdur.

O bildirib ki, fiziki problemləri aradan qaldırmaq üçün futbolçular hər həftə oynamalıdırlar:

"Demək olar ki, çox futbolçu öz komandasında kifayət qədər oynamır. Baxın, son 2 ildə əsas milliyə nə qədər futbolçu vermişik.

Bu heyətdən də azı 2-3 futbolçu gələcək illərdə əsas yığmada olacaq. Futbolçuların fiziki hazırlıqları artmalı, onlar daha çox çalışmalıdırlar.

Bir addım irəli gedib, yenidən geri qayıdırıq. Bu da fiziki hazırlıqla bağlıdır. Uşaqlar çatdırmır.

Fiziki durumun yaxşı olsa, istənilən komandaya qarşı oynamaq olar. Çox çalışmaq lazımdır".

Obradoviçin baş məşqçi olduğu komanda 2023-cü il Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. Yığmamız A qrupundakı 4-cü sınağında Xorvatiya ilə üz-üzə gəlib.

Sumqayıtdakı "Kapital Bank Arena"da oynanılan qarşılaşma qonaqların 5:1 hesablı qələbəsi ilə başa çatıb. Xorvatiyalıların heyətində Roko Şimiç het-trik edib.

18 yaşlı hücumçu 9-cu, 13-cü və 44-cü dəqiqələrdə fərqlənib. Digər 2 qolu 25-ci dəqiqədə Nikola Soldo, 81-ci dəqiqədə isə Yosip Şutalo vurublar.

Azərbaycan millisinin heyətində isə yeganə qola 55-ci dəqiqədə Musa Qurbanlı imza atıb. O, penalti zərbəsini dəqiq yerinə yetirib. 68-ci dəqiqədə Turan Vəlizadə ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.

Hazırda 1 xalı olan yığma 6 kollektiv arasında 5-ci pillədə qərarlaşıb. Xallarını 12-yə çatdıran Xorvatiya isə liderliyə yüksəlib.

Obradoviçin darmadağına reaksiyası: “İlk hissədə meydanda yox idik. Hərəkət yox idi və 3 qol da standart vəziyyətdən buraxıldı.

Fasilədən sonra əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. Səviyyə fərqini özünüz gördüz. Xorvatiyanın bütün imkanları qolla nəticələndi.

Səhvlərimiz var, onların üzərində çalışmalıyıq. Bu səhvləri necə düzəldə bilərəm? Bu, milli komandadır. Bir günə bütün səhvləri düzəltmək olmur”,

Digər Xəbərlər
Xəbər Lenti