"Azərbaycan üzərində qələbə qarşımıza qoyduğumuz məqsədə doğru yeni bir addım idi"

15 Oktyabr 2021 10:40 Milli komanda 518
"Azərbaycan üzərində qələbə qarşımıza qoyduğumuz məqsədə doğru yeni bir addım idi"

Serbiya milli komandasının müdafiəçisi Stefan Mitroviç millimizlə oyun (3:1) haqda açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı oyunçu Azərbaycana qarşı vacib bir qələbə qazandıqlarını söyləyib:

"Bu, qarşımıza qoyduğumuz məqsədə doğru yeni bir addım idi. Çox vacib bir qələbə qazandıq.

İlk hissənin sonunda qol buraxdığımız üçün bir az çətin oldu. O qola qədər oyunu idarə etdik. İlk hissədə daha bir neçə qol vurmalı idik.

Amma hücum futboluna uyğun olaraq sakit idik. Bizim üçün ən vacib olan 3 xal qazanmaqdır. Artıq Portuqaliya ilə matça rahat gedəcəyik.

Bu görüş bizim üçün finala bərabərdir. Azarkeşlərin sayəsində milli komandanın ruhu geri qayıdır. Gələcəkdə daha da böyük dəstəyə ümid edirik".

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da