"O, milli komandada hələ də "Qarabağ"dakı oyununu göstərə bilmir"

14 Oktyabr 2021 23:20 Milli komanda 1 050
"O, milli komandada hələ də "Qarabağ"dakı oyununu göstərə bilmir"

"İrlandiya səfərindən yaxşı nəticə ilə (1-1) qayıtmışdıq. Hətta qalib də gələ bilərdik. Buna görə də bu rəqibdən gözləntimiz Bakıda xal və xallar almaq idi".

Bunu Sportinfo.az-a açıqlamasında Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsindəki son oyunlarını şərh edən Rəşad Abdullaev deyib.

Millimizin sabiq yarımmüdafiəçisi İrlandiya millisinə məğlubiyyəti müəyyən qədər erkən qolun buraxılmasına bağlayıb: "Yığmanın erkən qol buraxması pis oldu. Bundan sonra rəqib daha çox müdafiədən oynamağa başladı. Statistikaya baxanda hücum edən tərəfin, topa daha çox nəzarət edən komandanın millimiz olduğu görünür. Amma sonda nəticə elə oldu ki, böyük hesablı məğlubiyyət aldıq. Təssüf ki, belə oldu".

Abdullayev Serbiya məğlubiyyətini rəqibin heyətindəki səviyyəli futbolçularla əlaqələndirib: "Serbiya çox güclü rəqib idi. Heyətdəki oyunçularının qiyməti hər şeyi deyirdi. Çətin idi belə rəqibə qarşı oynamaq. Açığı, ilk hissə bərabərə qalmağı bacardıq. Amma ikinci hissə rəqibin heyətində bir neçə əsas heyət oyunçuları meydana daxil oldu.

Bunun nəticəsində matçın sürəti daha da artdı. Belə olan halda oynamaq bizə çətin idi".

Rəşad Abdullayev milliləşdirilən Filip Ozobiçin çıxışına da toxunub: "Ozobiç istər "Qəbələ"də, istərsə də "Qarabağ"da yaxşı çıxışı ilə seçilən oyunçu olub. Uzaqdan yaxşı zərbələri var və birə-bir mübarizələrdə yaxşıdır. Amma hələ də milli komandada "Qarabağ"dakı oyununu göstərə bilmir. Məncə, bunun da səbəbi milli ilə "Qarabağ"ın fərqli oyun sistemində oynamasıdı.

Millidə müdafiədən sürətli hücumlar qurulur. Daha çox müdafiədə olmağa məcbur oluruq. "Qarabağ"da isə tamam fərqlidir. Kollektiv bir-birini gözüyumulu başa düşür. Bu baxımdan Ozobiçə bir qədər zaman lazımdır. Bir neçə oyundan sonra deyə bilərik ki, millimiz üçün nə dərəcdə fayda verə bildi".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!