Qocalardan nə gələcək, de bilək?

14 Oktyabr 2021 22:20 Milli komanda 637
Qocalardan nə gələcək, de bilək?

Millimizin çalışdırıcısı Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsində aldığı məğlubiyyətlərə geyindirmədiyi "don" qalmadı.

Serbiya ilə oyundan sonra mütəxəssisin "Gənc komandamız var. Bu uşaqlardan gələcəkdə yaxşı nəticə gözləyə bilərik” fikri diqqətimi daha çox çəkdi.

Həqiqətənmi, o, Azərbaycan millisinin hazırkı heyətinə gənc deyir? Yoxsa yaşlanıb, müasir futboldakı gənclik yaşının neçə olmasından xəbəri yoxdur?

Cənab De Byazi, gələcəyin komandasını quran, gənc komandamız var deyən məşqçinin gərək əlinin altında 17-18 yaşında futbolçular olsun.

Hazırkı millimizin ən gənc üzvü isə Toral Bayramlıdır. Onun da 20 yaşı var. Razıyam, istedadlı futbolçudur, amma haqlı olaraq "bir güllə bahar olmaz" deyiblər. Digər tərəfdən Toral Bayramlı Qurban Qurbanovdan tapşırıq alanda istedadlı görsənir...

Digər ən gənc futbolçumuz 21 yaşlı Mərt Çellikdir. Ki, Samir Abasovun əlacı olsa onu bir gün də "Neftçi"də saxlamaz. Ay De Byazi, sənin gələcək saydığın gənclər kimlərdi bəs?

Hazırkı milli komandamızda gələcəyə yatırım saya biləcəyimiz vur-tut iki futbolçu var - Mahir Emreli və Toral Bayramov. Ki, onlarından çıxışı, performansı sizi qane etmir. Mahirdən narazılıq edirsən, Toralı davamlı oynatmırsan. Bəs gələcəyin komandası necə, harada düzələcək?

Olmuya 30 yaşlı Filip Ozobiç, 29 yaşlı Qara Qarayev, 32 yaşlı Maksim Medvedev, 29 yaşlı Emin Mahmudov, 28 yaşlı Höccət Haqverdi gənc sayılır?

Bu günü darmadağınla keçən bu qocalardan hansı gələcək?

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti