İtalyan millimizə 2 qol vuran gənci "dağ başına qaldırdı"

14 Oktyabr 2021 12:40 Milli komanda 517
İtalyan millimizə 2 qol vuran gənci "dağ başına qaldırdı"

"Onu saxlamaq çox çətindir".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan yıığmasının baş məşqçisi Canni De Byazi deyib.

65 yaşlı çalışdırıcı DÇ-2022-nin seçmə mərhələsinin son turunda 1:3 hesabıyla məğlub olduğumuz Serbiyanın heyətində dubla imza atan Duşan Vlahoviçi fərqləndirib.

İtalyan mütəxəssis "Fiorentina"da çıxış edən 21 yaşlı hücumçunun fiziki cəhətdən güclü və texnikalı oyunçu olduğunu vurğulayıb:

"O, mənə yaşından daha yetkin görünür. Amma bugünkü futbolu şərh etmək çətindir. Keçmişin romantikası artıq yoxdur.

Böyük klublara getsə, əminəm ki, daha yaxşı olacaq. Hər top uğrunda mübarizə aparır. Böyük karyera qura bilər".

Duşan Vlahoviç 30 və 53-cü dəqiqələrdə Azərbaycan millisinin qapısına yol tapıb. Gənc forvard ilk qolu penaltidən vurub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı