"Azərbaycana 1 yox, bir neçə qol vurmalıydıq” – Bakıdakı qəhrəman

14 Oktyabr 2021 09:40 Milli komanda 485
"Azərbaycana 1 yox, bir neçə qol vurmalıydıq” – Bakıdakı qəhrəman

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində baş tutan növbəti görüşdə Azərbaycan yığması Serbiyaya məğlub oldu – 1:3.

Hücum xəttində hazırkı Serbiya yığmasının bombardiri Aleksandr Mitroviçin yer alacağı gözlənilsə də, Draqan Stoykoviç “Fiorentina”nın 21 yaşlı forvardı Duşan Vlahoviçə güvənmişdi.

Mitroviç isə oyuna sonradan qoşulub, iki epizodda qola yaxınlaşdı. Lakin Şahruddin Məhəmmədəliyevi məğlub edə bilmədi.

“Fulhem”in futbolçusu oyunla bağlı yerli mətbuata açıqlama verib:

“Bu qələbə sayəsində seçmə mərhələdə qarşımıza qoyduğumuz hədəfə doğru daha bir addım atdıq. Olduqca vacib qələbə idi. Oyunun sonlarının gərgin keçməsinin günahını özümüzdə axtarmalıyıq.

İlk hissədə ələ düşən imkanları boşa verdik, üstəlik, fasiləyə saniyələr qalmış qapımızda top gördük. Birinci yarıda 1 yox, bir neçə qol vurmalıydıq. İkinci 45 dəqiqədə özümüzdə güc tapıb lazım olan qolları vurduq”.

Mitroviç Azərbaycanla Serbiya arasında Bakıda keçirilən oyunda qonaqların hər iki qolunun müəllifi olmuşdu. Matç 2:1 hesabı ilə serblərin xeyrinə başa çatmışdı.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti