"Azərbaycan millisində əzmkarlıq çatmır, futbolçular sonadək vuruşmur"

14 Oktyabr 2021 00:56 Milli komanda 1 508
"Azərbaycan millisində əzmkarlıq çatmır, futbolçular sonadək vuruşmur"

Sportinfo.az 2014 - 2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olmuş Robert Prosineçkinin müsahibəsini təqdim edir:

- Azərbaycan millisi 2022-ci ilk dünya çempionatının seçmə mərhələsində 7 oyundan 1 xalla A qrupunda sonuncu pillədə qərarlaşıb. Yığmanın çıxışı barədə nə deyə bilərsiniz?

- Komandanın içində olmadığım üçün konkret səbəb söyləyə bilmərəm. Amma onu deyim ki, hazırkı heyət elə də zəif deyil. Yaxşı futbolçularınız var. Sadəcə, düşünürəm ki, bir qədər əzmkarlıq çatmır.

- Millinin ötən gün Serbiyaya 1:3 hesabı ilə uduzduğu görüşü izlədiniz?

- Bəli, həm bu oyuna, həm də Portuqaliya ilə ilk matça (1:2) baxmışam. Komanda bu iki qarşılaşmada pis təsir bağışlamadı. Amma dediyim kimi, futbolçularda əzmkarlıq çatmır, sonadək vuruşmurlar. Halbuki meydanda hər top uğrunda amansız mübarizə getməlidir. Fikrimcə, hazırkı mənzərənin səbəblərindən biri budur.

- Millinin 2 oyununa baxdığınızı bildirdiniz. Sizin dövrünüzdəki komanda ilə hazırkı arasında hansı fərqləri müşahidə etmisiniz?

- Bilirsiniz, indi hansısa müqayisə aparmaq çox çətindir. Çünki futbol hər gün dəyişir. Yalnız onu deyə bilərəm ki, hazırkı heyətdə yaxşı futbolçular az deyil.

- Yığmanın hazırkı baş məşqçisi Canni De Byazi müdafiə futbolu oynatdığı üçün sərt tənqid olunur. Siz isə burada çalışarkən daha çox hücum futboluna üstünlük verirdiniz. Necə düşünürsünüz, milliyə hansı oyun üslubu daha uyğundur?

- Hər məşqçinin öz oyun fəlsəfəsi olur. Canni De Byazi müdafiə futboluna üstünlük verir. Bu, onun qərarıdır, hörmətlə yanaşmaq lazımdır. O ki qaldı uyğunluq məsələsinə, burada vəziyyət bir qədər fərqlidir. Əlindəki futbolçulara uyğun oyun üslubu formalaşdırmalısan (report).

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"