"Mahirin meydanda olması millimizə əlavə stimul verə bilərdi"

13 Oktyabr 2021 23:20 Milli komanda 576
"Mahirin meydanda olması millimizə əlavə stimul verə bilərdi"

Dünən Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində Serbiya millisi ilə qarşılaşdı. Belqradda baş tutan matç millimizin məğlubiyyəti ilə (3-1) başa çatdı.

Yığmamızın sabiq müdafiəçisi Rail Məlikov oyunla bağlı fikirlərini Sportinfo.az-la bölüşüb:

"Serbiya millisinə qarşı uşaqlar əlindən gələni elədi. Öncəki oyundan fərqli olaraq meydana mübariz komanda kimi çıxdılar. Görüşün gedişində komandamız hətta hesabı da bərabərləşdirə bildi. Düzdü, Serbiyanın səviyyəsi bizdən yüksəkdir.

Futbolçularının da fərdi səviyyələri seçilirdi. Amma qol epizodları yarada bilirdik. Hesab 0-0 olanda qol vurmaq üçün Filip Ozobiçin əla fürsəti oldu. Yəni bəzən hücumda da çoxalmağı bacarırdıq.

Rəqib 2 qolu penaldan vurdu. Birinci penalı eləməmək olardı, amma ikincidə Maksim topu görmürdü. Ümumi götürsək komanda pis oynamadı.

Daha yaxşı da çıxış edə bilərdik. Bütün oyunlarda belə mübarizə aparsaq yaxşı olardı. Mən göstərilən oyundan məmun qaldım. Amma daha yaxşı olmağa çalışmaq lazımdır".

Serbiya ilə oyundan bir gün öncə milli komandanın əsas qol ümidi olan Mahir Emrelinin görüşü buraxacağı şok effek yaratdı. Görəsən, Mahir olsa, nəticə fərqli ola bilərdimi?

Hazırda "Keşlə"də çıxış edən təcrübəli oyunçu sualımıza belə cavab verib: "Mahir Emreli milli komanda üçün önəmli oyunçudur.

Köməkliyi dəyə bilərdi. Olsaydı daha yaxşı olardı. O meydanda olsaydı, nəticə başqa olub-olmayacağını Allah bilər.

Dediyim kimi Serbiya millisinin səviyyəsi bizdən çox yüksəkdir. Demək olmaz ki, ciddi dəyişiklik olardı. Ancaq Mahir önəmli futbolçudu.

Azərbaycanı xaricdə layiqincə təmsil edən oyunçularımızdandır. Uğurlarına çox sevinirik. Meydanda olması yığmaya əlavə stimul verə bilərdi".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"