AFFA De Byazinin “qələmini qırıb”, tanınmış xorvat məşqçi ilə danışıqlara başladı

13 Oktyabr 2021 22:20 Milli komanda 2 962
AFFA De Byazinin “qələmini qırıb”, tanınmış xorvat məşqçi ilə danışıqlara başladı

Canni De Byazinin Azərbaycanda ilyarımlıq fəaliyyəti başa çatmaq üzrədir.

AFFA Serbiya ilə dünənki oyundan sonra italiyalı baş məşqçi ilə bağlı yekun qərarını verib.

DÇ-2022-nin seçmə mərhələsində biabırçı çıxış edən komandamızın A qrupunda sonuncu yeri tutacağı artıq dəqiqdir.

Federasiya 65 yaşlı çalışdırıcını öz mövqeyi ilə tanış edəb. O, gələn ay keçiriləcək Lüksemburq və Qətərlə oyunların nəticəsindən asılı olmayaraq, iş yerindən ayrılacaq.

Yeni sükançı kim olacaq? AFFA növbəti dəfə yığmanı əcnəbiyə tapşırmağı planlaşdırır.

Namizədlər var və artıq onların biriylə danışıqlar başlayıb. Kimliyi də bizə məlumdur.

Fələkdən gizlin deyil, oxuculardan niyə gizli qalsın deyil ki... Bu, 2014 - 2017-ci illərdə də Azərbaycan millisinin baş məşqçisi olmuş Robert Prosineçkidir.

Son olaraq ötən sezon Türkiyədə “Denizlispor”da çalışdırmış xorvatiyalı hazırda işsizdir və onunla görüşlər hələlik öz axarında davam edir. Yəni, tərəflərin anlaşmaq ehtimalı yüksəkdir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti